DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür - VİDEO

Qaydalar 4 İyul 2024 10:40 Oxunub 4144
DYP-dən xəbərdarlıq:  Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz.

Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev yol hərəkəti qaydalarını pozan qadın sürücünün əməli ilə bağlı feysbuk hesabında yazıb.

“İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda imtizamsızlıq doğurar. Fərqlənmək üçün qaydaları pozma, qaydalara əməl edərək fərqlən”, - DYP rəsmisi əlavə edib.

R.Tağıyev sürücünün qayda pozuntusunu əks etdirən videogörüntünü də paylaşıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh