DYP əməkdaşları uşaqların suallarına cavab verdi - FOTOLAR

Bakıdakı 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi tərəfindən 144 nömrəli məktəbdə “Yol hərəkəti qaydaları və mən” devizi altında tədbir keçirildi. 200-dən çox uşağı əhatə edən tədbirdə DİN Baş DYP İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İsa Deystani, Bakı şəhər DYP İdarəsinin əməkdaşı, polis leytenantı Vüsal Nağıyev, Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova, 144 №-li məktəbin direktoru Həcər Mahmudova, müəllimlər və valideynlər iştirak etdi.
Uşaqların mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgiləndi. Daha yaxşı işlər polis əməkdaşları və müəllimlər tərəfindən qiymətləndirildi. Tədbirdə uşaqlar yol hərəkəti qaydalarına həsr olunmuş səhnəciklər göstərdi, şeirlər söylədi, mahnılar oxudular. DYP əməkdaşları uşaqların suallarına cavab verdi, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırdı. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanıldı.
Fidan
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO




























