DYP hərəkətin təşkilindəki problemi həll etdi - FOTOLAR

Təxminən bir ay öncə Yasamal rayonunun "Musabəyov parkı" kimi tanınan ərazisində Əbdürrəhim bəy Haqverdiyev, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin kəsişmələrində hərəkətin təşkilində yenilik edilmişdi. Əvvəllər orada mövcud olan 4.3 “Dairəvi hərəkət” nişanı götürülərək, “ASAN Xidmət” tərəfdən gələn nəqliyyat vasitələrinə üstünlük verilmişdi. Həmin dəyişiklikdən sonra oradakı vəziyyəti nəzərdən keçirən hüquqşünas Ərşad Hüseynov hərəkətin belə təşkilinin qüsurlu olduğunu bildirmişdi. Öz fikirlərini Avtosfer.az saytı ilə ictimailəşdirən hüquqşünas orada hərəkətin daha uğurlu təşkili üçün təkliflərini də vermişdi.
Ötən həftə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinin əməkdaşları göstərilən ərazidə hərəkətin təşkili məsələsinə yenidən baxaraq, oradakı yolayrıclarının müvafiq yol nişanları ilə işarələyiblər. Buna münasibət bildirən Ərşad Hüseynov adıçəkilən şöbənin əməkdaşlarına Avtosfer.az vasitəsilə öz təşəkkürünü bildirib: "Bir neçə gün öncə Yasamal rayonu Musabəyov parkı kimi tanınan yerin ətrafında yol hərəkətinin təşkilində qüsur olduğunu və bunun aradan qaldırılması yollarını göstərmişdim. Baş DYP İdarəsinin Hərəkətin təşkili Şöbəsindən əlaqə saxlayaraq iradlara görə təşəkkür etmiş və qüsurları aradan qaldırmağa söz vermişdilər.
Bu gün baxdım ki, doğrudan da problemi həll ediblər və park ətrafındakı kəsişmələrin hamısını üstünlük nişanları ilə komplektləşdiriblər...
Mən də buna görə onlara təşəkkür edirəm".
Öz növbəmizdə biz də Avtosfer.az saytı olaraq Baş DYP İdarəsinin Hərəkətin Təşkili Şöbəsinin əməkdaşlarına göstərdikləri çevik reaksiyaya görə təşəkkür edirik. Hesab edirik ki, mütəxəssiz – media – dövlət orqanı “üçlüyü” hər zaman belə səmərəli və faydalı fəaliyyət göstərsə, ölkəmizdə mövcud olan xeyli problemləri uğurla həll edə bilərik.
Elməddin
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT















