DYP postunda vəsiqəsiz saxlanılan sürücü narkoman çıxdı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Elsevər Pirverdiyevin idarə etdiyi “VAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Avtosfer.az xəbər verir ki, sənədlərin yoxlanılması zamanı Elsevər Pirverdiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Bu zaman Elsevər Pirverdiyev məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Tibbi müayinə zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Elsevər Pirverdiyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO








