DYP sürət həddinə görə cərimələnən sürücünün protokolunu LƏĞV ETDİ - VİDEO

Qaydalar 11 İyun 2021 19:50 Oxunub 2690
DYP sürət həddinə görə cərimələnən sürücünün protokolunu LƏĞV ETDİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qayda pozmadığı halda sürət həddinə görə cərimələnən sürücünün məsələsinə Baş Dövlət Yol Polisi İdarəsindən dərhal reaksiya verildi.
İdarədən Avtosfer.az-a verilən məlumata görə aparılan araşdırmalar zamanı məlum olub ki, 99-HB-955 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü həqiqətən də sürət həddini aşmayıb. Xüsusi texniki vasitənin nöqsanı səbəbindən tərtib edilmiş protokola xitam verilib və bu barədə sürücü məlumatlandırılıb.

Sürücü Əhmədiyə Abdurahmanov məsələnin həlli istiqamətində dərhal addım atıldığı üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh