Əks yola çıxan qadın sürücü yolayırıcında dayanıb təhlükə yaratdı - 99-XD-502 - VİDEO

Balaxanı yolunda qayda pozan sürücünün görüntüaü anbaan avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə iyunun 14-də saat 18:46 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, yolayırıcına daxil olan 99-XD-502 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq yolayırıcının keçilməsi qaydasını pozub. Belə ki, yolayırıcına daxil olan qadın sürücü sağ tərəfdən gələn maşına qəza şəraiti yaradıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü təhlükəni vaxtında görərək maşını saxlayıb və baş verəcək qəzadan xilas olub.
Xatırladaq ki, nizamlanmayan yolayrıcında (işıqfor, yol ver nişanı olmadıqda) hərəkət üstünlüyü baş yoldakı nəqliyyat vasitələrində olur. Lakin bəzi sürücülər baş yolda olan maşınları gözləmədən yolayrıcına daxil olurlar və videodakı sürücü kimi təhlükəyə səbəb olurlar. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 bal və 80 manat cərimələnə bilərlər.
Nərmin
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO










