Əks yola çıxan sürücüdən ağlasığmaz hərəkət: Səbəb bu imiş - VİDEO
Qaydalar
27 Fevral 2025 09:27
Oxunub 1220

Bakıda əks yola çıxan sürücü ağlasığmaz hərəkət edib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 26-da, paytaxtın Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 99-LM-562 qeydiyyat nişanlı "Samand" markalı avtomobilin sürücüsü əks yola çıxaraq qarşıdan gələn avtomobillərə təhlükə yaradıb. Onun əks istiqamətə çıxmasının səbəbi isə sərnişin düşürmək olub.
Görüntünü qeydə alan sürücü iddia edir ki, əks yola çıxan avtomobilin sürücüsü təhlükə yaratdıqdan sonra üzr istəmək əvəzinə, əl-qol hərəkətləri edərək özünə haqq qazandırmağa çalışıb.
Fərid
ŞƏRH YAZ














