Banner

Əks yola çıxıb qırmızıda şütüyən sürücü yolayrıcında təhlükə yaratdı - 90-OX-681 - VİDEO

Qaydalar 21 Avqust 2025 15:00 Oxunub 1074
Əks yola çıxıb qırmızıda şütüyən sürücü yolayrıcında təhlükə yaratdı - 90-OX-681   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran rayonu, Vilvan kəndində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 20-də saat 17:56 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 90-OX-681 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxıb və işıqforun qırmızı işığına əhəmiyyət vermədən hərəkət edib. Nəticədə növbəsini gözləmədən nizamlanan yolayrıcına daxil olan sürücü digər avtomobillərin hərəkətinə əngəl törədərək qəza şəraiti yaradıb.

Görüntünü qeydə alan sürücünün iddiasına əsasən, sözügedən sürücü daha sonra 3.20 nişanının tələbini pozaraq önündəki maşını ötüb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh