Əks yola çıxıb “sağ-sol” edən “avtoş” sürücü - 10-PV-012 - VİDEO

Avtoxuliqanlığı təbliğ edən daha bir gənc sürücünün görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 10-PV-012 dövlət nömrə nişanlı “Lada” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək qəza riski yaradıb. Belə ki, o, öndəki avtomobili ötərək əks istiqamətli yolla hərəkət edib. Daha sonra yolayırıcına daxil olan sürücü “sağ-sol” edərək “şou” göstərib. Digər görüntüdə də o, qarşı yola çıxaraq sürət həddini aşıb. Bununla kifayətlənməyən “avtoş” sürücü avtomobilin ön hissəsini qaldırıb və bəzi kadrlarda göründüyü kimi, dövlət qeydiyyat nişanı olmadan maşını idarə edib.
Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə qiymətləndirilə bilər. Avtomobili dövlət nömrə nişanı olmadan idarə etmək isə İXM-nin 342.7 maddəsinə əsasən, 4 bal və 100 manat cəriməylə nəticələnir.
Nərmin
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO











