Maşın kreditdə, cəriməyə görə həbsi var: görün nə edir? - VİDEO

Qaydalar 2 İyul 2021 18:41 Oxunub 12122
Maşın kreditdə, cəriməyə görə həbsi var: görün nə edir?   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rayon yollarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, 10-MU-005 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü müxtəlif vaxtlarda ötmə və manevr qaydalarını pozaraq yolda şou göstərib. Belə ki, o, görünmə məsafəsi məhdud olan yolda dəfələrlə əks istiqamətli hərəkət zolağına çıxaraq özünü və digər sürücüləri təhlükə altında qoyub.

Avtosfer.az-ın araşdırmasına görə avtomobil Masallı rayonunda qeydiyyatda olan Mətləb Rufullayevə məxsusdur.  Avtomobil hazırda kreditdədir və ödənilməyən cərimələrə görə üzərinə həbs qoyulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh