Əks yola çıxıb təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Qaydalar 9 Fevral 2026 16:33
Əks yola çıxıb təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, həmin sürücü polis əməkdaşları tərəfindən artıq saxlanılıb və törətdiyi əmələ görə cərimələnib.

*** 12:30

Paytaxtın Yasamal rayonunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 17:41 radələrində Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, işıqforun qırmızı işığında dayanmaq istəməyən 90-BS-980 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və axına qarşı hərəkət edib.

Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb və qəza şəraitinə səbəb olub.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.

Nərmin

Oxunub 698
ŞƏRH YAZ
Ad

E-mail

Şərh