Əks yolda dayanan sürücü qapılarını açaraq piyadalara və maşınlara mane oldu - VİDEO

Qaydalar 11 Sentyabr 2024 12:11 Oxunub 146
Əks yolda dayanan sürücü qapılarını açaraq piyadalara və maşınlara mane oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda yol hərəkəti qaydalarını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 10-da, Mehdi Hüseynzadə küçəsində baş verib.

Belə ki, 90-HX-944 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü əks yolda parklanma edərək qaydanı pozub. Bu azmış kimi qapıları açıq saxlayaraq həm avtomobillərə, həm də səkidə hərəkət edən piyadalara mane olub.

"Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.

Bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh