Əks yolla gələn “Changan” qəza təhlükəsi yaradıb, sürücünü özündən çıxardı - VİDEO

Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 18-də saat 06:36 radələrində İnqilab İsmayılov küçəsində qeydə alınıb. Kadrdan göründüyü kimi, 77-SD-808 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü avtomobili vaxtında görərək dayanıb və qəzəblənərək ona iradını bildirib.
Qeyd edək ki, əks yola çıxmaq yol hərəkəti qaydalarının ciddi pozuntusudur və qəza riskini xeyli artırır. Belə hərəkətlər inzibati məsuliyyətə səbəb olmaqla yanaşı, hər bir yol iştirakçısının həyatını təhlükə altına salır. Bu baxımdan sürücülərə tövsiyə olunur ki, əks yola çıxmadan əvvəl yol nişanlarını, manevr üçün şəraiti və gələn nəqliyyat axınını nəzərə alsınlar.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












