Ekspert: "Moped sürücülərinə vəsiqə tələbi onları məsuliyyətli edəcək"

"Azərbaycanda mopedlərə dövlət qeydiyyat nişanının tətbiq olunması, moped sürücülərindən vəsiqə tələb olunması onları məsuliyyətli davranmağa sövq edəcək".
Bunu Avtosfer.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Əsədov yaxın vaxtlarda Azərbaycanda moped sürücüləri ilə bağlı qanunvericilikdə dəyişiklik olacağını deyib. Onun sözlərinə görə, son vaxtlar mopedlərin iştirakı ilə 12 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Buna görə də, mopedlərə dövlət qeydiyyat nişanının tətbiq olunmasına, eləcə də moped sürücülərinin də digər sürücülər kimi vəsiqə (A1) almasına qərar verilib.
E.Cəfərov bildirir ki, indiyə qədər Azərbaycanda mopedlərə nəqliyyat vasitəsi kimi deyil, idman və əyləncə vasitəsi kimi baxılıb: "Bununla belə, koronavirus (COVID-19) pandemiyası dövründə daşınmalara tələbatın artması ilə bu tip nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Bizim sürücülər yollarda bu tip nəqliyyat vasitələrini görməyə alışmadığı üçün bəzən qəzalar olur. Qəzaların böyük əksəriyyəti kiçik həcmli motora malik moped və motosikletləri sürənlərin ucbatından baş verir. Bəzi hallarda dövlət qeydiyyat nişanı olmadığına görə qəza tərədən və yaxud qaydaları pozan moped sürücülərinin tapılmasında çətinlik yaranır. Belə hallarda sığorta şirkətlərinin zərərn ödəməsi və digər məsələlərlə bağlı problemlər ortaya çıxır. Bu mənada tənzimlənmə bir tərəfdən yol polisinin işini asanlaşdıracaq, digər tərəfdən isə bu tip qəzaların profilaktikası baxımından səmərəli olacaq".
Bundan başqa, ekspertin sözlərinə görə, bu sahənin tənzmlənməsi həmin nəqliyat vasitələrinin cəlbediciliyinə mənfi təsir etməyəcək. “Bildiyimiz kimi kiçik həcmli motora malik moped və motesikletləri bizdə əsasən daşınma şirkətləri alır. Ona görə də yeni qaydaların onların satışlarına və istismarına mənfi təsir etməyəcəyini düşünürəm. Əsas məsələ həmin nəqliyyat vasitələrinə tələbatın olmasıdır. Görünən də odur ki, yaxın gələcəkdə tələb yetərli səviyyədə olacaq. İstənilən halda yaxşı olar ki, yeni qaydalar tətbiq olunan zaman bu sahədə tənzimlənmə ilə bağlı artıq formalaşmış beynəlxalq standartlardan kənara çıxılmasın. Belə olacağı təqdirdə bu sahənin tənzimlənməsinin cəmiyyət üçün hər hansı bir zərəri yoxdur”.
YDM-ə əks istiqamətdən girib özünə haqq qazandırdı: “Mən belə girirəm, əcəb edirəm” - VİDEO
Səki və piyada keçidini bağlayan sürücü hərəkətə mane oldu - FOTO
Maşını yolayrıcında saxlayıb söhbət edən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Sürücü birtərəfli yolun əksinə çıxıb axına qarşı hərəkət etdi - VİDEO
3 bal dəyərində cəriməsi var - XƏBƏRDARLIQ - VİDEO
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO
Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB
Bakıda yeniyetmə “BMW” sürüb videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Gözləməyə səbri çatmayan sürücü qəza şəraiti yaratdı - VİDEO








