Elçibəy küçəsində polisə tabe olmayan vəsiqəsiz sürücü tutuldu; 45 min cərimə - VİDEO

“Saxla” xəbərdarlığına tabe olmayaraq polislərdən qaçan sərxoş və sürücülük hüququ olmayan şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Aksaray şəhərində baş verib.
Məlumata görə, Daşbazar məhəlləsinin Əbülfeyz Elçibəy küçəsində patrul xidməti həyata keçirən mülki geyimli polis əməkdaşları yolda təhlükəli hərəkətlər edən 68-ADK-501 dövlət nömrə nişanlı avtomobilə “saxla” xəbərdarlığı edib. Polisə tabe olmayan sürücü qaçmağa başlayıb və polis əməkdaşları onu təqib edib. Qısa sürən təqib nəticəsində 21 yaşlı Y.K.D.-nin avtomobili saxlanılıb. Lakin o, asayiş keşikçilərinə müqavimət göstərib. Polislərin çağırışı ilə hadisə yerinə əlavə əməkdaşlar cəlb edilib. Ardınca sürücü polis maşınına gətirilib və alkotesterlə yoxlanılıb. Bu zaman sürücünün 0,84 promilli sərxoş olduğu və sorğu-sual zamanı onun sürücülük vəsiqəsi olmadığı da müəyyən edilib.
Bundan əlavə o, hadisə yerində olan və xidməti vəzifələrini yerinə yetirən jurnalisti təhqir edib. Ona hədə-qorxu gələrək “öldürməklə” hədələyib.
O, sərxoş vəziyyətdə avtomobil idarə etmək, sürücülük vəsiqəsi olmadan maşın sürmək, “saxla” xəbərdarlığına tabe olmamaq kimi müxtəlif ittihamlarla təxminən 45 min lirə (1971 manat) cərimə olunub.
Təhqir və söyüşə məruz qalan jurnalist sürücüdən şikayət edib. Saxlanılan sürücü Aksaray Polis İdarəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










