Əlindəki zibili maşında saxlamağı ayıb bilən taksi sürücüsü küçəni zibillədi - VİDEO
Qaydalar
22 İyul 2025 13:06
Oxunub 2488

Bakıda taksi sürücüsünün qayda pozuntusu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 11-də, paytaxtın Xanlar küçəsində qeydə alınıb. Belə ki, "Bolt" taksi şirkətinə məxsus 77-UD-217 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü hərəkət zamanı əlindəki zibili bayıraq ataraq yolu zibilləyib.
Bu cür davranış həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Xüsusilə ictimai nəqliyyat sahəsində çalışan sürücülərin belə məsuliyyətsiz addımı cəmiyyətdə neqativ nümunə yaradır. Küçəyə zibil atmaq təkcə ətraf mühitin çirklənməsi deyil, eyni zamanda paytaxtın simasına və şəhər mədəniyyətinə qarşı hörmətsizlikdir.
Fərid
ŞƏRH YAZ














