Əllərini sükandan çəkib musiqi aləti ifa edən müğənni CƏRİMƏLƏNDİ - DYP-dən AÇIQLAMA - VİDEO

Müğənni Şöhrət Məmmədovun sükan arxasında törətdiyi qayda pozuntusuna dair yaydığımız videogörüntü Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal nəzarətə götürülüb. İdarənin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı əllərini sükandan çəkdiyi üçün yol polisi əməkdaşları tərəfindən cərimələnib. Eyni zamanda müğənni ilə söhbət apararaq, ona etdiyi hərəkətin nə qədər təhlükəli olduğu və gələcəkdə belə halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.
DYP rəsmisi, ümumiyyətlə, ictimaiyyət arasında tanınan şəxslərin yol hərəkəti qaydalarına riayət etməsinin vacibliyini vurğulayaraq, məşhurların cəmiyyət üçün bir nümunə olduğunu xatırladıb. Belə şəxslərin məsuliyyətsiz davranışları, izləyiciləri, xüsusən də gəncləri yanlış istiqamətə yönləndirə bilər. Bunun əksinə olaraq, məşhurların qaydalara riayət etməsi və təhlükəsiz sürücülük vərdişlərini təşviq etməsi, yol hərəkəti mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










