Ən sadə qaydanı pozan sürücü təhlükəli anlara səbəb oldu - VİDEO

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol hərəkəti qaydalarının pozulması qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 12-də saat 12:11 radələrində Adil Məmmədov küçəsində (“Dubay məhəlləsi” kimi tanınan ərazidə) baş verib.
Kadrlardan aydın olur ki, 90-KL-162 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yaşayış kompleksinin həyətinə daxil olmaq üçün manevr edərkən yolda hərəkətdə olan nəqliyyat vasitəsinə diqqət yetirməyib.
Belə ki, sürücü avtomobili dayandırmadan hərəkətini davam etdirib və bu zaman görüntünü qeydə alan sürücü üçün qəza şəraiti yaradıb. Xoşbəxtlikdən, təhlükə ilə üzləşən sürücü vaxtında dayanaraq qarşı tərəfə yol verib və bununla da yol-nəqliyyat hadisəsinin qarşısı alınıb.
Qeyd edək ki, yaşayış zonalarına və həyətyanı sahələrə daxil olarkən sürücülər əsas yolda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməli, diqqətli və ehtiyatlı olmalıdırlar.
Nərmin
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücülər yolda təhlükə yaratdılar - VİDEO
Masazırda qaydalardan xəbərsiz sürücü az qala qəza törədəcəkdi - VİDEO
Bu küçədə səki ilə hərəkət çətinləşib - Addımbaşı maşınlar park edilib - FOTO
Dönmə işığını söndürməyən sürücü prospektdə çaşqınlıq yaratdı - 77-DE-774 - VİDEO











