Energetik içkini içən taksi sürücüsü yolu belə zibillədi - VİDEO

Bakıda yolu zibilləyən taksi sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 29-da, beynəlxalq avtovağzalın qarşısında baş verib. Belə ki, 99-FM-410 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü içdiyi energetik içkini bayıra ataraq yolu zibilləyib.
Sürücülər nədənsə istifadə etdikləri qidanın qalığını avtomobildə saxlamağı artıq hesab edirlər. Sanki ağır bir yükü əllərində daşıyırlarmış kimi hərəkət edirlər. İstifadə etdiyiniz qidanın kağızını və ya qabını avtomobilin bir küncündə saxlamaq ayıb deyil, əksinə təqdirəlayiq hərəkətdir. Avtomobildən düşən zaman həmin tullantıları küçədəki zibil qabına atmaq insanın daha mədəni olmasından xəbər verir. Ona görə də istənilən ictimai yerlərdə zibili bayıra atmamaqla mədəni davranışımızı nümayiş etdirməliyik.
Qeyd edək ki, videogörüntüdəki sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə edilə bilər.
Fərid
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










