Etibarnamə ilə avtomobil alanların NƏZƏRİNƏ! - 6 ay müddətində...

Dövrümüzün ən ehtiyac duyulan, həyatımızı asanlaşdıran vasitələrdən biri də minik avtomobilləridir. Artıq qadın, kişi fərq etmədən hər kəs şəxsi avtomobil almaq həvəsindədir. Son zamanlar, vətəndaşlar tərəfindən avtomobilin universal (“generalnı davernus”) və ya baş etibarnamə adlanan etibarnamə ilə alınmasından yaranan problemlərlə qarşılaşırıq. Vətəndaşlar avtomobil alış satışında alqı-satğı müqaviləsi bağlamaqdan çəkinərək, işlərini daha asan olan etibarnaməyə etibar edirlər.
Mövcud praktikada bir çoxları avtomobili etibarnamə ilə idarə edir. Yəni başqa bir şəxsdən avtomobil alır, amma onu öz adına keçirtmək əvəzinə avtomobili "generalnı" deyilən etibarnamə ilə idarə edir.
Bəs etibarnamə ilə adına avtomobil alınan şəxs vəfat etdikdə həmin maşının aqibəti necə olur?
Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev açıqlamasında bildirib ki, avtomobil sahibi vəfat etdikdə etibarnamə qüvvədən düşür:
“Nəqliyyat vasitəsinin sahibi, yəni qeydiyyat şəhadətnaməsinin sahibi rəhmətə getdikdə kimə ki, etibarnamə və ya baş etibarnamə verib, o qüvvədən düşür. Burada məsələ ondadır ki, həmin zaman vərəsəlik açılır, 6 ay tamam olduqdan sonra vərəsəlik sənədi ilə nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinin sahibinin yoldaşı varsa, onun adına yoxdursa, oğlu və ya qızının adına keçir. Ondan sonra həmin adamlar sizə etibarnamə verə bilər və ya adınıza keçirə bilər”.
DYP rəsmisi əlavə edib ki, mütləq şəkildə altı ay tamam olmalıdır, həmin müddətdən sonra nəqliyyat vəsitəsi həyat yoldaşına və ya ailənin digər üzvlərinə verilir.
Hüquqşünas Turan Abdullazadə isə bildirib ki, verilmiş etibarnaməyə bir neçə hallarda xitam verilə bilər: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə bir neçə hallarda xitam verilir. Etibarnamənin müddətinin bitməsi, etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi, etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, etibarnamə verilmiş şəxsin imtinası, adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi, adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi, etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması və etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması”. (referans)
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO
Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB
Bakıda yeniyetmə “BMW” sürüb videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Gözləməyə səbri çatmayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Əks yolda təhlükə yaradan sürücü azyaşlının həyatını da riskə atdı - VİDEO
Sürücülərin cərimə bal limiti niyə artırılmır? - Nəqliyyat eksperti SƏBƏBLƏRİ AÇIQLADI
Sağdakı avtomobili görməzlikdən gəlib yoluna davam etdi - VİDEO
Yasamalda taksi dayanacağı ilə bağlı narazılıq: “Yer tapmaq mümkün deyil” - VİDEO
Prospektdə qəza riski yaradan sürücü irada təhqirlə cavab verdi - 90-AK-900 - VİDEO










