Ev heyvanlarını gəzdirmək və velosiped sürmək QADAĞANDIR! - VİDEO

Bulvar ərazisində it və başqa heyvanları gəzdirmək, hətta velosiped sürmək belə qadagan edilib. Bu qərar Sumqayıtda Dənizkənarı Bulvarda tətbiq edilir. Qadağa əsas kimi ev heyvanlarını o cümlədən itlərini gəzdirməyə gətirənlərin habelə velosiped sürənləri digər sakinləri narahat etməsi göstərilib. Qeyd edilib ki, it gəzdirməyə gələnlər ətrafdakıları saymır və bəzən heyvanı buraxıb heç nə olmamış kimi gəzdirirlər.
"Sumqayıt Bulvar" MMC-nin direktor müavini Şükür Əliyev dəfələrlə bulvar ərazisində xaltasız, ağızlıqsız itləri gəzdirən sakinlərə irad tutulduğunu desə də, onların buna laqeyd yanaşdığını bildirir. O, qadağaların tətbiqini təhlükəsizlik baxımından vacib sayır.
Qadağa yalnız ev heyvanları ilə bağlı deyil. Bundan sonra velosiped həvəskarları da Sumqayıt bulvarında istədikləri yerdə hərəkət edə bilməyəcəklər. Çünki, onların hərəkəti üçün ayrıca zolaq da ayrılıb.
Yeni qadağalara əməl etməyənlərə ilkin mərhələdə xəbərdarlıq ediləcək və bulvar ərazisindən uzaqlaşdırılacaq. Ancaq xəbərdarlıq işə yaramazsa, cərimələrin tətbiqi də nəzərdə tutulur.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












