Evakuator səbəb yoxkən sayrışan işıq qoşdu, narazılıq yaratdı - VİDEO

Bakıda evakuator sürücüsünün yollarda sayrışan işığı yandıraraq hərəkət etməsi digər sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxt yollarında qeydə alınıb. Kadrlarda görünür ki, yükü olmayan evakuator sürücüsü özünü bir anlıq operativ nəqliyyat vasitəsi hesab edib və sayrışan işıqları yandıraraq digər nəqliyyat vasitələrindən yol tələb edir. Halbuki, nə avtomobilin arxasında hər hansı bir nasaz nəqliyyat vasitəsi var, nə də hərəkəti zəruri edən başqa bir səbəb görünür.
Bu vəziyyət arxadan gələn sürücülərdən birinin etirazı ilə qarşılanıb. Həmin şəxs bildirir ki, boş evakuatorun bu formada hərəkət etməsi digər sürücüləri çaşdırır və süni tıxac yaradır. Onun sözlərinə görə, bu hal yollarda üstünlük qaydalarının pozulmasına və hətta qəza şəraitinin yaranmasına səbəb ola bilər:
“Əgər yük yoxdursa, heç bir nasaz avtomobil daşınmırsa, işıqları yandırmağın nə mənası var? Yolun ortasında belə üstünlük əldə etmək düzgün deyil. Bu, həm qanunaziddir, həm də digər sürücülərə hörmətsizlikdir”.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, yalnız xüsusi təyinatlı nəqliyyat vasitələrinin və zəruri hallarda nasaz avtomobil daşıyan evakuatorların işıq siqnallarından istifadə etməsinə icazə verilir. Əgər evakuator yük daşımırsa və təcili hal yoxdursa, siqnalların aktiv edilməsi qaydaların pozulması kimi qiymətləndirilə bilər.
Mütəxəssislər hesab edirlər ki, belə halların qarşısını almaq üçün nəqliyyat vasitələrinin videomüşahidə sistemi və yol patrul xidmətləri tərəfindən nəzarət artırılmalı, qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb edilməlidir.
Eltac Zülfüqaroğlu
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










