Eyni vaxtda qayda pozan dörd “özbaşına” sürücü - VİDEO

Paytaxtda qaydalara riayət etməyən sürücülərin videogörüntüləri qeydiyyat kamerasına düşüb.
Oxuculardan birinin Avtosfer.az-ın redaksiyasına göndərdiyi kadrlarda qayda pozan bir neçə avtomobilin sürücüsünü görmək olar. Belə ki, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində “Chevrolet Cruze” markalı, 90-NY-739, “Opel” markalı, 90-EX-322, “Hyundai” markalı 99-RA-975, “Mercedes” markalı 99-CN-130 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri həm yol-hərəkəti qaydalarını, həm də etik normaları pozublar. Onlar əks istiqamətə çıxaraq digər nəqliyyat vasitələrinin rahat hərəkətinə maneə yaradıblar. Bununla da yolda süni sıxlığa səbəb olublar.
Bu düşüncədə olan sürücülərə bildirmək istəyirik ki, iki maşın qabağa düşüb təhlükə yaratmaq, sizi mənzil başına deyil, o biri dünyaya apara bilər.
Bəhs etdiyimiz qayda pozuntusunun görüntülərini təqdim edirik:
Nərminə Əli
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










