“Facebook”da təhqir edən şəxsə necə cəza verilməlidir? - Deputatdan açıqlama

“Təhqir və böhtanlarla bağlı qanunvericilikdə bir dəyişiklik etmişik. Lakin bu, ancaq rəsmi saytlara, informasiya mənbələrinə, agentliklərə aiddir”. Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib. O bildirib ki, bəzən bu məsələ səhv başa düşülür: “Bu qanun sosial mühitin bütün parametrlərinə aid deyil. Tutaq ki, “Facebook” yazışmalarını əhatə etmir. Yəni əgər rəsmi saytda böhtan və təhqirə yol verilibsə, prokurorluq hər hansı məlumat əsasında cinayət işi başlada bilər. Kiminsə xüsusi ittiham qaydasında məhkəməyə müraciəti də mümkündür. Ancaq sosial şəbəkələrdə belə hallar yoxdur. Yalnız ümumi qaydada təhqir olunan, böhtan atılan, zərər çəkmiş şəxs rəsmi müraciət etməli və onun müraciəti araşdırılmalıdır. Bu qanun rəsmi informasiya mənbələrinə, elektron vasitələrinə aiddir. İnsanın şərəf və ləyaqəti təhqir olunur, alçaldılır, yaxud etmədiyi, etdiyi hərəkət barədə böhtan məlumat yayılırsa, ailəsi haqqında, işi haqqında şəxsiyyəti təhqir olunursa, təbii ki, o vətəndaşın müraciəti araşdırılmalıdır”.
Deputat qeyd edib ki, bu gün sosial şəbəkələrlə bağlı məsələ ciddi əhəmiyyət daşıyır: “Demək olar ki, bütün dünyada sosial şəbəkələrdəki yazışmaları oxumaq olmaz, bu, dövlətin də borcu deyil. Əlbəttə sosial şəbəkələrdə hər hansı təhqir və böhtanın qabağını almaq üçün hətta qərb ölkələrində belə müəyyən qanunlar qəbul olunur. İnternetin məhdudlaşdırılması, ona nəzarətin tətbiqi, böhtan və təhqirlərin qarşısının alınması ilə bağlı demokratik dövlətlərdə belə aktuallaşıb. Bu, çox ciddi məsələdir. Lakin dediyim kimi, rəsmi informasiya mənbəyi olduğu halda dövlət orqanları mütləq reaksiya verməlidir. Fərqi yoxdur, müraciət etdilər, ya etmədilər”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












