Faciəvi qəzaların qurbanına çevrilməmək üçün bunlara əməl edin - VİDEO

Bakıda baş verən təhlükəli anların videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Zaur Nudirəliyev küçəsində baş verib.
Belə ki, ikinci dərəcəli yoldan gələn sürücü yol nişanlarına əhəmiyyət vermədən yüksək sürətlə yolayrıcına daxil olub. Bu zaman baş yolda hərəkət edən yük avtomobilinin qarşısına çıxaraq təhlükəli anlar yaşadıb. Yük maşınının sürücüsü peşəkarlıq göstərərək qəfil tormoz verib və qəzanın qarşısını alıb. Qaydaları pozan sürücü isə heç nə olmamış kimi yoluna davam edib.
Sükan arxasında olan hər bir sürücüyə, xüsusən də avtomobil idarə etməyə başlayan yeni sürücülərə daha diqqətli olmaları, mobil telefondan istifadə etməməyi, fikri yoldan yayındıracaq hərəkətlərə, söhbətlərə yol verməməyi, o cümlədən də yol nişanlarına baxaraq onlara əməl etmələri tövsiyə olunur. Əks halda faciəvi qəzaların qurbanına çevrilə bilərsiniz.
Könül Rauf
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










