"Fəvvarələr meydanı”nda sərxoş halda skuter sürən şəxs həbs edildi

Bakının mərkəzində sərxoş halda skuter sürərək ictimai asayişi pozan gənc məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsinin “Fəvvarələr meydanı”ndan keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları səhər saat 06 radələrində bir neçə nəfərin meydanda qışqıraraq danışdığını görüb və onlara yaxınlaşıb. Həmin şəxslərə qeyd edilən saatda səs-küy salmağın yolverilməz olduğu, həmçinin bu ərazinin skuter sürmək üçün təyin edilmədiyi deyilib.
Lakin həmin şəxslərdən 2000-ci il təvəllüdlü S.Balayev mübahisə edərək əməllərinə davam etməyə başlayıb. O, saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb və sərxoş halda olması müəyyən edilib.
Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlana rayon məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs verilib.
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












