Füzuli küçəsində skuter sürücüsünün hərəkəti qəza vəziyyəti yaratdı - VİDEO

Paytaxtda təhlükəli hadisə qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, Qış parkının qarşısında, Füzuli küçəsində skuter sürücüsü əks istiqamətə çıxaraq avtomobillərin arası ilə hərəkət edib.
Hadisə şahidləri bildirirlər ki, sürücünün bu məsuliyyətsiz davranışı yolda hərəkət edən nəqliyyat vasitələrinin sürücülərini çaşdırıb və qəza təhlükəsi yaradıb. Xüsusilə sıx hərəkət olan bu ərazidə əks istiqamətdə hərəkət etməsi digər sürücülərin ani manevrlər etməsinə səbəb olub.
Qeyd edək ki, skuter və digər iki təkərli nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti qaydalarına əməl etməməsi son vaxtlar paytaxt yollarında tez-tez müşahidə olunur.
Ekspertlər hesab edirlər ki, belə halların qarşısını almaq üçün həm nəzarət gücləndirilməli, həm də ictimai maarifləndirmə tədbirləri artırılmalıdır.
Eltac Zülfüqaroğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












