Gec saatlarda təmirin yaratdığı səs-küyə görə kimə şikayət etməliyik? – RƏSMİ AÇIQLAMA

Həyatımızın böyük hissəsini evdə keçiririk. Burada dincəlir, işlərimizi həll edir, ailəmizlə vaxtımızı dəyərli və səsdən, küydən uzaq keçirmək istəyirik.
Avtosfer.az xəbər verir ki, bəzi şəhər ərazilərində evlər təmir edilən zaman bu sakitliyi və dincəlməyi təmin etmək çətinləşir. Səhərdən axşama qədər davam edən səs-küyün saatı bəlli olmur. İşdən yorğun gəlsən belə, səsdən dincəlmək mümkünsüz hal alır. Bu həm də psixoloji sağlamlığa təsir edə bilir.
Xüsusilə şəhər mərkəzlərində, çoxmərtəbəli binalarda yaşayanlar üçün bu problem daha da aktuallaşır. Bəs vətəndaşlar bu vəziyyəti necə tənzimləyə bilər?
Mözvu ilə bağlı DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, polis əməkdaşları tərəfindən məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilir:
“Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salan, məişət səs-küyünə qarşı mübarizə tələblərini müxtəlif üsullarla pozan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur. Qeyd edim ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimlənir”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Fidan
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










