Gecə klubu, içki, qızlar, avtomobillə ötüşmə və FACİƏVİ SON - VİDEO

Sərxoş sürücü ona tərs-tərs baxan digər avtomobilin sürücüsü ilə ötüşməyə başlayır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə Dəstəyi ilə sərxoş sürücülərə qarşı mübarizəyə həsr olunmuş sosial çarx hazırlanıb. Avtosfer.az qaynarinfo.az-a istinadən xəbər verir ki, çarxın hazırlanmasında əsas məqsəd sərxoş sürücülərin ilk növbədə özünü və ətrafdakıları düşünməsidir.
Sosial çarxda gənc oğlan gecə klublarından birində içki qəbul edib qızlarla əylənir. Sonra o qızla birgə sərxoş halda Bakı küçələrində avtomobili idarə etməyə başlayır. Avtomobilə əyləşən xanımı sürücünün maşını sərxoş halda, təhlükəli idarə etməsi əyləndirir. Bununla kifayətlənməyən sərxoş sürücü ona tərs-tərs baxan digər avtomobilin sürücüsü ilə ötüşməyə başlayır və qəzaya düşür.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində respublika ərazisində 2429 yol qəzası baş verib. Nəticədə 1023 nəfər ölüb, 2452 nəfər yaralanıb. Hesabat dövründə sərxoş sürücülər tərəfindən 53 yol qəzası qeydə alınıb. Nəticədə 28 nəfər ölüb, 60 nəfər yaralanıb.
Məlumat üçün bildirək ki, sosial çarxın rejissoru Elvin Abdullayev, lahiyə rəhbəri isə İsmayılov İsmayıldır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












