Gecə saatlarında rayonlara marşrut avtobusları çıxırsa...

Bakıdan rayonlar üzrə marşrutlara gecə saatlarında sərnişin avtobusları hərəkət edir. Gecə saatlarında sərnişin avtobuslarının reysə çıxması təhlükəli ola bilər. Bakıdan gecə saatlarında rayonlara hərəkət edən sərnişin avtobuslarına hansı qurum nəzarət edir?
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumun xətti ilə gecə saatlarında şəhərlərarası marşutlar üzrə sərnişin daşınması qadağandır: "Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən gün ərzində rayonlara sonuncu marşrut saat 19:00-da çıxır. 19:00-dan sonra avtovağzaldan şəhərlərarası marşrut avtobusu çıxmır və sərnişin daşınmır. Avtovağzal Kompleksindən yalnız beynəlxalq marşrutların bəziləri gecə saatlarında start götürür. Həmin marşrut avtobusları ən gec 23:30-da avtovağzaldan hərəkət edir".
Y.İsakov qeyd edib ki, gecə saatlarında şəhərlərarası sərnişin daşıyan avtobusların Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinə aidiyyəti yoxdur: "Avtobuslar metronun "20 Yanvar" stansiyasının ətrafı, "Şamaxı yolu" adlanan ərazi və digər yerlərdən işləyir. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi Bakıdan gecə saatlarında həmir ərazilərdən rayonlara hərəkət edən sərnişin avtobuslarına görə məsuliyyət daşımır".
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, qanunsuz fəaliyyət göstərən mikroavtobuslarla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları və yol patrul xidmətinin inspektorları mütəmadi olaraq tədbirlər görürlər:
"Bu tədbirlərdən biri də Bakı-Sumqayıt yolu üzrə qanunsuz hərəkət edən marşrut avtobuslarına qarşı reydlərdir. Tədbirlər nəticəsində qeyri-qanuni daşımaların qarşısı alınıb. Amma buna baxmayaraq, qanunsuz hallara rast gəlinir və bu istiqamətdə tədbirlər davam etdirilir".
K.Əliyev axşam saatlarında Bakıdan rayonlara hərəkət edən marşrutlarla bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, marşrutlar respublika ərazisindəki stasionar postlarda saxlanılır və qanunsuz olduğu halda onlar barəsində tədbir görülür: "Əgər həmin marşrutlar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən hərəkət edirsə, həmin marşrutlar qanunidir. Avtovağzaldan kənar qanunsuz sərnişin daşıyan avtobuslara gəldikdə isə, onlar aşkar edildikdə bu barədə tədbir görülür".
K.Əliyev bildirib ki, əgər sərnişinlər belə faktlara rast gəlirsə, bu barədə yol polisi əməkdaşlarına məlumat versinlər.
Sürücü keçidin üstündə dayanıb piyadalara “yol verdi” - 77-OL-498 - VİDEO
Binəqədidə qayda tanımayan sürücülər piyadaları yola çıxmağa məcbur etdi - VİDEO
Masazırda mopedlə “hoqqa” verən yeniyetmə yolda təhlükə yaratdı - VİDEO
Sürücü avtomobili elə saxladı ki, piyadaya yer qalmadı – VİDEO - YENİLƏNİB
Bakıda yeniyetmə “BMW” sürüb videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Gözləməyə səbri çatmayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Əks yolda təhlükə yaradan sürücü azyaşlının həyatını da riskə atdı - VİDEO
Sürücülərin cərimə bal limiti niyə artırılmır? - Nəqliyyat eksperti SƏBƏBLƏRİ AÇIQLADI
Sağdakı avtomobili görməzlikdən gəlib yoluna davam etdi - VİDEO
Yasamalda taksi dayanacağı ilə bağlı narazılıq: “Yer tapmaq mümkün deyil” - VİDEO
Prospektdə qəza riski yaradan sürücü irada təhqirlə cavab verdi - 90-AK-900 - VİDEO










