Banner

Gecəni gündüz kimi görən sürücü işıqları söndürüb getdi - VİDEO

Qaydalar 13 Avqust 2025 13:00 Oxunub 1340
Gecəni gündüz kimi görən sürücü işıqları söndürüb getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhərində işıq cihazlarından düzgün istifadə etməyən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 99-MT-647 qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilin sürücüsü bütün işıqlarını söndürərək hərəkət edib.

Qeyd edək ki, Belə hərəkət təkcə qayda pozuntusu deyil, həm də ciddi təhlükə mənbəyidir. Qaranlıqda hərəkət edən işıqsız avtomobil həm digər sürücülər, həm də piyadalar üçün görünməz olur. Bu halda yolda hərəkət edən piyada avtomobili vaxtında görməyə və qəfildən onun qarşısına çıxa bilər ki, bu da faciə ilə nəticələnə bilər.

Yol hərəkəti qaydaları açıq şəkildə bildirir ki, gecə vaxtı və ya görünüşün məhdud olduğu şəraitdə işıq cihazlarının işlək vəziyyətdə olması mütləqdir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh