"Gelandewagen”lə dirəşən "Prius" sürücüsü “maşınım ucuzdur, əzməkdən qorxmuram" dedi - VİDEO

Toy karvanında şou göstərən sürücünün videosu sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında Sumqayıtda qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, 90-EU-079 dövlət nömrə nişanlı, “Mercedes-Benz G-Class” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Belə ki, o, öncə arxadan gələn maşına barmağıyla işarə edərək yol verməsini istəyib. Daha sonra isə manevr edərək digər zolağa keçməyə cəhd edib və yol verən sürücüyə qəza riski yaradıb. Bu zaman əsəbiləşən "Prius" sürücüsü ona yol verməyərək “Mənim maşınım ucuzdur, səninki bahadır. Qorxmuram maşın əzməkdən” deyə bildirib.
Qeyd edək ki, sürücülər arasında mübahisə bir müddət davam edib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cəriməylə nəticələnir.
Nərmin
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO









