Gənc sürücü “KamAZ”la “şou” göstərdi - Əyləci çəkib tozu dumana qatdı - VİDEO

Yük maşınıyla təhlükəli manevrlər edən sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 10-RP-046 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınının sürücüsü sərt manevrlər edərək “şou” göstərib. Kadrdan da görünür ki, o, əl əyləcini çəkərək maşını əks istiqamətə fırladıb. Bu vaxt o, özüylə yanaşı maşında olan sərnişinə də təhlükə yaradıb. Lakin sürücü və sərnişinin videoda əks olunan görüntüləri bu vəziyyətdən məmnun olduqlarını aydın şəkildə göstərir.
Qeyd edək ki, bəzi sürücülər yolun hərəkət hissəsindən kənar ərazilərdə, yaxud digər nəqliyyat vasitələrinə təhlükə yaratmadıqları halda lüzumsuz manevrlər etməyin qayda pozuntusu hesab olunmadığını əsas gətirirlər. Lakin sükan arxasında olan hər bir sürücü istənilən halda təhlükəli manevrlər etməməlidir. Bu, hər şeydən öncə sürücünün həyatını riskə atır və qəzaya səbəb ola bilər.
Nərmin
Sərxoş “BMW” sürücüsü yol polisinə gərgin anlar yaşatdı – Təqib zamanı qəza - VİDEO
Sürəti aşan “BMW” sürücüsü keçiddən keçən qadınlara qorxulu anlar yaşatdı - ANBAAN VİDEO
Piyadaya yol verməyən sürücünü yol polisi belə saxladı - VİDEO
Bu yolda nişan var, zebra yoxdur: Piyadaların həyatı təhlükədədir - VİDEO
Sürücülər maşını səkidə park edib mağazanın girişini bağladı - VİDEO
Narkoman sürücü ikinci dəfə hallı tutuldu; Ekologiya postunda - FOTO
Qarlı yolda “Tofaş”la şou göstərən sürücü saxlanıldı; 2500 manat cərimələndi - VİDEO
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu - VİDEO
Azyaşlı sürücüdən “riskli şou”: Daşla dolu “KamAZ”ın təkərlərini havaya qaldırdı - VİDEO
Prospektdə avtomobili dəfələrlə sıxışdırıb təhlükə yaratdı - 77-NE-809 - VİDEO
Şəhərin mərkəzində avtobusu öz “qayda”ları ilə sürüb yolu kəsdi - 77-JA-958 - VİDEO











