Gəncədə birtərəfli yola əks girib təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Gəncə şəhəri, Əttarlar küçəsində kobud qayda pozan sürücünün görüntüsü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-də saat 08:20 radələrində qeydə alınıb. Belə ki, 99-FX-061 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü birtərəfli yola girərək əks istiqamətdə hərəkət edib. Bu vaxt o, qarşıdan gələn maşına təhlükə yaradıb. Xoşbəxtlikdən döngəyə daxil olan sürücü qayda pozan nəqliyyat vasitəsini görərək sağa manevr edib və baş verəcək qəzadan son anda xilas olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntüylə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsində araşdırma aparılıb və sürücü inzibati məsuliyyətə cəlb olunub.
Nərmin
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO










