Gəncədə nömrəsiz “Zapı" ilə “hoqqa” verən avtoxuliqan sürücü - DİN-dən AÇIQLAMA - VİDEO

Avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl Gəncə rayonu ərazisində qeydə alınıb. “ZAZ” markalı maşını idarə edən sürücü yolda təhlükəli manevrlər edərək “şou” göstərib. Belə ki, o, əks istiqamətli yola çıxaraq yenidən öz zolağına qayıdır və daha sonra dəfələrlə qarşı tərəfə keçir. Eyni zamanda avtomobili ön və arxa dövlət qeydiyyat nişanı olmadan idarə edir.
Qeyd edək ki, sürücü paylaşdığı digər videolarda da nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan sürüb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələylə bağlı Avtosfer.az-ın sorğusunu cavablayıb. O bildirib ki, hal-hazırda araşdırma aparılır və qısa zamanda məlumat veriləcək.
Xatırladaq ki, sürücünün avtoxuliqanlıq hərkətləri İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə qiymətləndirilə bilər. Avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etmək isə Məcəllənin 342.7-ci maddəsinə əsasən, 100 manat məbləğində cəriməylə nəticələnir.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










