Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO

Gəncə şəhəri, Nizami Gəncəvi prospektində kobud qayda pozan sürücü videosunu sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-QR-674 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbinə məhəl qoymayaraq əks istiqamətli yola çıxıb. Kadrlardan aydın olur ki, sürücü hərəkət zamanı yalnız bir əli ilə sükanı idarə edib, digər əlində isə mobil telefonla özünü lentə alıb. Yol boyu nəqliyyat axınına qarşı hərəkət edən sürücü digər avtomobillər üçün qəza riski yaradıb.
Qeyd edək ki, sükan arxasında mobil telefondan istifadə və əks istiqamətdə hərəkət etmək yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Bu cür məsuliyyətsiz davranışlar təkcə sürücünün deyil, ətrafdakı hər kəsin həyatını təhlükə altına atır. Hər bir sürücü yol hərəkəti qaydalarına riayət etməli və təhlükəsizliyi şəxsi “şou”dan üstün tutmalıdır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, sözügedən sürücü — Rəhimov Əvəz Nadir oğlu ötən ilin dekabr ayında polis əməkdaşları tərəfindən müəyyən edilib. Məlum olub ki, o, müxtəlif vaxtlarda şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri törədib.
Məhkəmə qərarı ilə Ə.Rəhimov 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka inzibati qaydada həbs olunub.
Nərmin
Sərxoş halda maşın sürən məşhur müğənni saxlanıldı
Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ - VİDEO
Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkətə çətinlik yaratdı - VİDEO
Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı - REAL VİDEO
Getdiyi yerdə qəfil tormoz verən sürücü bir ailəni təhlükə altında qoydu - VİDEO
Qəza işıqlarını yandırıb yolayrıcını zəbt edən sürücü hərəkəti əngəllədi - VİDEO
Sumqayıtda avtobus yol hərəkəti qaydalarını pozdu - VİDEO
Səkidə parklanan maşın əlilin hərəkətinə maneə yaratdı – 77-UX-158 - VİDEO
Bu döngədə diqqətli olun!- Zolaqdan kənara çıxanları kamera çəkir - VİDEO
Yol nişanına məhəl qoymayan sürücü ağır qəza törətdi - VİDEO










