Banner

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTO - VİDEO

Qaydalar 15 Dekabr 2025 10:30 Oxunub 530
Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edildi   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən iki “Chevrolet” və bir “Azsamand” markalı avtomobillərin sürücüləri -E. Hətəmi, E. Məmmədov və  Z. Həsənov saxlanılıblar. 
 
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a bildirilib, sürücülər barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.

Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.
Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 

Gəncə şəhərində yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh