Gənclər maşına əlavə avadanlıq quraşdırıb şou göstərdilər - DYP-dən AÇIQLAMA - YENİLƏNİB

Qaydalar 7 Sentyabr 2023 13:29 Oxunub 4526
Gənclər maşına əlavə avadanlıq quraşdırıb şou göstərdilər - DYP-dən AÇIQLAMA  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “VAZ” markalı avtomobillə şou göstərən sürücünün hərəkətlərini araşdırıb. İdarənin baş inpektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında bildirib ki, videogörüntüyə baxış keçirildikdən sonra həmin hadisə ilə bağlı araşdırma aparılıb: “Məlum oldu ki, videogörüntü avqustun 19-da Sea Breeze-də keçirilən “Carlated” avtomobil festivalında qeydə alınıb. Həmin zaman avtomobil qapalı ərazidə olub. Ümumilikdə həmin nəqliyyat vasitəsinin avtomobil yollarında hərəkəti müşahidə edilməyib” – deyə Araz Əsgərli bildirib.

Avtomobilin sahibi Xanlar Bayramov bildirib ki, bu maşın avtomobil yollarında idarə edilmir. Festivala gedən zaman isə avtomobil evakuatorla daşınır. X.Bayramov bütün maşın həvəskarlarına tövsiyə edib ki, avtomobilə edilmiş bu cür dəyişiklikləri yalnız qapalı məkanlarda nümayiş etdirmək olar.

***

Gənclər avtomobillə  etdikləri şounu sosial şəbəkədə paylaşıblar. Avtosfer.az xəbər verir ki, 77-LL-013 qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobildə işlənmiş qazların xaricetmə sisteminə qanunsuz avadanlıq quraşdıran şəxslər şou göstəriblər. Gənclər arasında “popkorn” kimi tanınan sistem avtomobildən yüksək səs və od çıxmasına səbəb olur. Videoda da aydın şəkildə görünür ki, avtomobilə qaz verən zaman normadan artıq səs çıxır və dəm qazı yerindən od çıxır.

Avtomobilə quraşdırılmış bu avadanlığa  görə, İnzibati Xətalar Məcəlləsində kifayət qədər ağır cərimə nəzərdə tutulub. Məcəllənin 342.3-cü maddəsində qeyd olunub ki, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh