"Gənclik Mall" ticarət mərkəzinin yanındakı bu iki səbəb TIXAC YARADIR - VİDEO

Paytaxtın Fətəli xan Xoyski küçəsində tıxac yaranması ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Avtosfer.az xəbər verir ki, tıxac Vaqif prospektindən başlayaraq "Gənclik Mall" ticarət mərkəzinin qarşısına qədər uzanır. Lakin oranı keçdikdən sonra yolun tam boş olduğu aydın şəkildə görünür. Buna, ticarət mərkəzinin girişindəki sıxlıq səbəb olur.
Şikayət ünvanlayan oxucular bildirirlər ki, burada tıxac iki səbəbə görə yaranır:
1) "Gənclik Mall"un yan tərəfindəki piyada svetoforu
2) Ticarət mərkəzinin girişində yük yerini yoxlayan işçilər.
Sürücülər keçiddə ləngidikdən sonra, ticarət mərkəzinə daxil olan zaman orada xidmət aparan əməkdaş yük yerini bir-bir yoxlayır. Bu səbəbdən yolda tıxac yaranır. Tıxacın yaranmaması üçün piyadalar üçün nəzərdə tutulan svetofor pik saatlarda nizamlanmayan rejimə keçirilməlidir, ticarət mərkəzinin girişində isə yük yerini yoxalayan işçilərin sayı artırılmalıdır.
Sürücülər aidiyyəti qurumlardan bu problemin aradan qaldırılmasını xahiş edir.
Nərmin
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO









