Gömrük Komitəsinin “avtoşluq” edən vəzifəli şəxsi: “Yeyib-içməyə tələsirəm”

Dövlət Gömrük Komitəsinin (DGK) “avtoşluq” edən vəzifəli şəxsi saxlanılıb.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü, Dövlət Gömrük Komitəsində müfəttiş işləyən S.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı 6 mart 2025-ci il tarixdə, saat 21.00 radələrində Astara şəhərində “Mercedes” markalı avtomobili insanların sıx olduğu ərazidə sürətlə idarə edib.
O, dərhal Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Dərhal hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları çağırılıb. Bu zaman şəxs aqressivlik nümayiş etdirərək “sizin məni saxlamaq hüququnuz yoxdur, sizə nə lazımdır”, “gedin işinizlə məşğul olun, yeyib-içməyə tələsirəm” kimi ifadələr işlədib.
S.F. məhkəmədə avtomobili yüksək sürətlə idarə etdiyini təsdiqləyib: “İşdən gec çıxdığım üçün yorğun idim. Əsəblərimə hakim ola bilmədiyimdən sözügedən hadisə baş verdi”.
S.F. bir daha belə hərəkətlərə yol verməyəcəyini, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə S.F. 200 manat məbləğində cərimə edilib.
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO












