Gün ərzində 2 dəfə kameraya düşən taksi sürücüsü: Şəhərdə oyun çıxarır - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan taksi sürücüsünün görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 99-TV-836 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü sentyabrın 21-də, dəqiqə fərqi ilə paytaxtın iki küçəsində qaydaları pozub. Belə ki, o, 8-ci Zavod küçəsinə dönərkən dönmə işığından istifadə etməyib, daha sonra yolun hərəkət hissəsində yerləşmə qaydasını pozaraq iki zolağın arası ilə hərəkət edib. Görüntünü qeydə alan avtomobil onu keçmək istəsə də, həmin sürücü şərait yaratmayıb.
Qaydaları pozan sürücü bir neçə dəqiqədən sonra paytaxtın Rixard Zorge küçəsində görüntünü qeydə alan avtomobilin kamerasına yenidən tuş gəlib. Belə ki, 2-ci cərgədən hərəkətə başlayan sürücü görüntünü qeydə alan avtomobilin qəfil qarşısına çıxaraq ona qəza şəriti yaradıb.
Sözügedən videonu təqdim edirik:
Yunis
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi











