Günəşlidə ölümə meydan oxuyan sərnişin: Hərəkətdə olan avtomobilin qapısını açıb… - VİDEO

Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində təhlükəli davranış sərgiləyən şəxsin videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, hərəkətdə olan 99-SY-709 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin ön sərnişin oturacağında əyləşən gənc qapını açaraq arxadan gələn nəqliyyat vasitəsini mobil telefonla lentə alır. Bu zaman o, həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atır.
Qeyd edək ki, son vaxtlar bu kimi hallar gənclər arasında geniş yayılıb. Əksər hallarda sürücünün yanında əyləşən sərnişinlər (sürücünün dostu) sosial şəbəkələr üçün görüntü əldə etmək məqsədilə təhlükəli hərəkətlər edir, sürücülər isə buna şərait yaradır.
Qanunvericiliyə görə, sürücü nəqliyyat vasitəsində olan sərnişinlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyır.
Hərəkət zamanı qapının açıq saxlanması və ya sərnişinin təhlükəli vəziyyət yaratmasına şərait göstərilməsi inzibati məsuliyyətə səbəb ola bilər.
Nərmin
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO
Bakıda "Ferrari"nin sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO
Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi - VİDEO
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO










