Güzgüyə baxmadan manevr edən sürücü az qala zəncirvari qəza törədirdi - REAL VİDEO

Xaçmaz rayonu, Zərifə Əliyeva küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 2-də saat 16:50 radələrində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 99-BA-221 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yolun kənarından hərəkətə başlayan zaman solda hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan manevr edib.
Nəticədə o, 90-DM-598 dövlət nömrə nişanlı “VAZ-2115” markalı və əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələri üçün qəza şəraiti yaradıb.
Xoşbəxtlikdən, təhlükə ilə üzləşən sürücü bütöv xəttin tələbini pozaraq qarşı tərəfə keçib və baş verə biləcək toqquşmanın qarşısını alıb.
Qeyd edək ki, bu cür halların baş verməməsi üçün sürücülər hərəkətə başlamazdan əvvəl yolu diqqətlə qiymətləndirməli, digər iştirakçıların üstünlük hüququna mütləq əməl etməlidirlər.
Nərmin
Bu yolda sürücülər sağdakı boş yeri bəyənməyib ikinci cərgədə dayanırlar - VİDEO
Sağa dönəcəyini öncədən bilən sürücünün məsuliyyətsiz davranışı təhlükəyə səbəb oldu - VİDEO
Bu yolda diqqətli olun; əyləci basmasanız, maşınınızı konserva bankasına çevirəcəklər – VİDEO
Dönmə işığına arxayın olan sürücü yolu kəsib qəza riski yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girib maşını piyadaların üstünə sürdü - 10-LT-044 - VİDEO
Kobud qayda pozan sürücü təzyiqlərdən sonra görün nə etdi - VİDEO
Piyadalar üçün nəzərdə tutulan cərimələr azdır – Aqil Rəhimov - VİDEO
Evakuatorla təhlükəli hərəkət edən sürücü: Sağdan ötüb piyadaya təhlükə yaratdı - VİDEO
İki maşınlıq yerə sığmayan sürücü ikinci cərgədə dayanıb yolu kəsdi - VİDEO
Avtoxuliqanlıq edən "BMW" sürücüsü həbs olunub - FOTO - VİDEO
Narkoman “Renault” sürücüsü ifşa olundu - FOTO









