Güzgüyə baxmayan sürücü motosikletçiyə təhlükəli anlar yaşatdı - VİDEO
Qaydalar
7 Mart 2023 14:38
Oxunub 1092
Güzgüdən istifadə etməyən sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Telnov küçəsində baş verib. Belə ki, 90-HA-268 qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü güzgüyə baxmadan sağa manevr edib. Bu zaman arxadan gələn motosiklet sürücüsünə qəza şəraiti yaradıb.
Qanunvericilikdə qeyd olunub ki, sürücü manevr etməzdən əvvəl yan güzgülərə baxmalıdır və manevr edəcəyi zolaq boş olduğu zaman bu manevri həyata keçirməlidir. Çox təəssüf ki, əksər sürücülər yan güzgüdən istifadə etmədən manevr edirlər. Bu isə qəzaların baş verməsinə şərait yaradır.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR