Hadisə törədərək qaçan sürücülər saxlanılıb

Noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib. Noyabrın 17-də Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Məhsəti qəsəbəsinin ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomaşını Gəncə şəhər sakini Orxan Əmirovun idarə etdiyi “BMW” markalı avtomobilə vuraraq hadisə yerini tərk edib. O.Əmirovun 3 sərnişini isə xəstəxanaya yerləşdirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəza hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsrəddin Musayev müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
Natiq Cavadov
DİN Mətbuat Xidmətinin əməkdaşı
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












