Hallı vəziyyətdə "avtoş"luq edən sürücünün şok görüntüləri - HƏBS VERİLDİ - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Khazar” markalı 77-GQ-602 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Eltun Həşimov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Həşimovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Həşimovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.
DYP elektroskuter istifadəçilərinə müraciət ETDİ - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO












