Hamı qaydanı pozmadan tıxacda gözləyir, bu sürücülər isə qanunu saymır - VİDEO

Qaydalar 28 Oktyabr 2024 09:23 Oxunub 1332
Hamı qaydanı pozmadan tıxacda gözləyir, bu sürücülər isə qanunu saymır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qayda pozan sürücülərin videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 21-də, paytaxtın Əhməd Rəcəbli küçəsində baş verib.

Belə ki, 99-MM-545 və 77-HZ-787 qeydiyyat nişanlı "Hyundai" markalı, 10-AO-447 qeydiyyat nişanlı "Toyota" markalı avtomobillərin sürücüləri, hamının tıxacda asta sürətlə hərəkət etdiyi zaman qaydaları pozublar. Onlar əks yola çıxaraq hamıdan önə keçməyə çalışıblar.

Sözügedən videonu təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh