Hamı qırmızıda dayandı, taksi sürücüsü qanunu saymadı - 77-SE-962 - VİDEO
Qaydalar
24 Sentyabr 2024 10:00
Oxunub 710
Bakıda yol hərəkəti qaydasını pozan taksi sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 17-də, paytaxtın Abdulla Şaiq küçəsində baş verib.
Belə ki, 77-SE-962 qeydiyyat nişanlı "Ravon" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığının yanmasına əhəmiyyət verməyərək hərəkətə davam edib. Sözügedən ərazidə qayda pozuntusunu qeydə alan kameraların olmamasından istifadə edən sürücü qaydaları pozmağı seçib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR