Hamını ağılsız, özünü isə ağıllı hesab etdi – Sürücünün hərəkəti əsəb yaratdı - VİDEO

Bakıda növbəsini gözləmək istəməyən sürücünün qayda pozuntusu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nazim Hikmət və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 77-YM-113 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yolayrıcının boşalmasını gözləyən nəqliyyat vasitəsinin qarşısına keçərək onun yerini zəbt edib. Maraqlısı isə odur ki, görüntünü qeydə alan sürücü bu hadisənin baş verəcəyini əvvəlcədən təxmin edərək həmin anları telefonun kamerası ilə lentə alıb. O, baş verənləri mədəniyyətsizlik kimi qiymətləndirərək sürücünün davranışına etiraz edib.
Qeyd edək ki, bu cür hallar paytaxt küçələrində tez-tez müşahidə olunur. Yolayrıcının digər tərəfində tıxac yarandığı üçün hərəkətini davam etdirməyən və kəsişmənin boşalmasını gözləyən sürücülər bunu səbəbsiz yerə etmirlər. Onlar yolayrıcını zəbt etməməklə həm digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olmamağa, həm də əlavə tıxac yaranmasının qarşısını almağa çalışırlar.
Lakin bəzi sürücülər növbə gözləmək istəmir, qarşıdakı avtomobili ötərək onun qarşısına keçir və yolayrıcını zəbt edirlər. Sanki bu davranışları ilə “sən bacarmırsan, mən daha yaxşı sürürəm” düşüncəsini nümayiş etdirməyə çalışırlar. Halbuki bu cür hərəkətlər nə sürücülük məharətidir, nə də vaxt qazandıran ağıllı addım. Əksinə, ümumi hərəkətə mane olmaqla yollardakı vəziyyəti daha da çətinləşdirir.
Fərid
Maşını elə yerdə saxladıki sürücü keçib gedə bilmədi - VİDEO
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO












