Harda təmirsiz yol varsa, deyin, təmir edək - Anar Nəcəfli

"Harda təmirsiz yol qalıbsa, deyin, təmir edək". Bu sözləri Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Media24.az-a bu gün sürücülərin ən çox şikayət etdiyi Binəqədi şossesində çuxurların və çökəklərin əmələ gəlməsi şikayəti ilə bağlı danışarkən deyib. Sürücülər iddia edir ki, maşını çökəkdən qaçırmağa məcburdurlar və bu zaman da qəzanın baş verməsi labüdləşir. A.Nəcəfli bildirib ki, bu məsələlər kökündən həll edilməlidir: "Binəqədi şossesində yola yamaq vurmaqla məsələni həll etmək mümkün deyil, bu məsələ kökündən həllini tapmalıdır. Kanalizasiya çəkildikdən sonra yenidən yol qurulmalıdır.
Ötən il olduğu kimi bu il də “Azəravtoyol” ASC problemli yolların təmirinə start verib. Bu işlər mərhələli şəkildə aparılır. Yənir birdən-birə bütün problemli yolları təmir etmək mümkün deyil. Qeyd etmək istəyirəm ki, əgər qaşınmış yollarla qarşılaşırsınızsa, bu o deməkdir ki, həmin yolda artıq təmir işləri başlayıb. Harda təmirsiz yol qalıbsa, deyin, nəzarətə götürək və qısa müddətə təmir edək".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












